Afrində zərərsizləşdirilən terrorçuların sayı 2500-ü ötüb

  • By admin
  • 03 Mart 2018 23:24

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2516-a çatıb.

Gununsesi.info xəbər verir ki, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 82 üzvü məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info