Afrindən növbəti qələbə xəbəri gəldi

  • By admin
  • 08 Mart 2018 18:15


Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Cinderes bölgəsini terrorçulardan təmizləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bu gün Cinderesin mərkəzində şiddətli döyüşlərin getdiyi, türk ordusunun ardıcıl zərbələrindən sonra Cinderesin azad edildiyi bildirilir.

Afrinə gedən yolun üzərində yerləşən Cinderes bölgəsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, buranın ələ keçməsindən sonra Afrinə gedən əsas yol türk ordusu üçün açıldı.

Qeyd edək ki, TSQ ötən gün Cinderes yüksəkliyini ələ keçirmişdi.

***

Cinderesi azad etdikdən sonra daha da irəliləyən Türkiyə ordusu və ASO Marasti və Məryəmli kəndlərini də terrorçulardan təmizləyib.

***

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco bölgəsindəki Marata kəndinə və həbsxanaya nəzarəti ələ keçirib.

Gununsesi.info