Ağcabədi iki maşın toqquşdu, iki nəfər diri-diri yandı

  • By admin
  • 30 Noyabr 2019 17:27

Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org Trend-ə istinadən məlumat verir ki, noyabrın 29-da saat 8 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində rayon sakinləri O.Məmmədovun idarə etdiyi “VAZ-2107” və Hüseyn Dədəkişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub, zərbədən sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyərək yanmışdır. Nəticədə H.Dədəkişiyev və sərnişini, həyat yoldaşı Güllü ölüb, O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org