Ağcabədidə ev yanıb

  • By admin
  • 30 Noyabr 2017 22:05

Ağcabədinin Qaravəlli kəndində ümumi sahəsi 255 kv.m olan evdə yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 5 otaqlı evin 2 otağının tavanı 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info