Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü ölüb

  • By admin
  • 21 Sentyabr 2019 20:36

Ağcabədi rayonunda sürücünün yanaraq ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un verdiyi məlumata görə, hadisə Boyat kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2199” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və nəticədə avtomobil yanıb.

Hadisə nəticəsində xəsarət alan sürücü avtomobili tərk edə bilmədiyindən yanaraq ölüb.

Sürücünün şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org