Ağdama yeni rəis təyin edildi

  • By admin
  • 30 Noyabr 2017 22:58


Ağdam Rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyinatı olub.

Report xəbər verir ki, kənd təsərrufatı naziri Heydər Əsədovun müvafiq əmri ilə Nəcəfov Teyyub İbrahim oğlu Ağdam rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyin olunub.

İdarə rəisi bu gün rayon ictimaiyyətinə təqdim edilib.

Qeyd edək ki, rayonun Kənd Təsərrufatı İdarəsinin rəisi Allahverən Əliyev bir müddət əvvəl öz ərizəsi ilə işdən kənarlaşdırılaraq rayonun icra hakimiyyəti başcısının birinci müavini təyin edilib.

Gununsesi.info