Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi

  • By admin
  • 17 İyun 2019 18:07

Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.

Gununsesi.org  xəbər verir ki, bu gün Ağstafa rayonu Böyük Kəsik kəndi ərazisində olan bazarda baş vermiş hadisə zamanı ayağından güllə yarası alan 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayevin ayağı amputasiya edilib.

 Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə dörd nəfər ölüb, dörd nəfər yaralanıb. Qətlin qisas məqsədilə törədildiyi müəyyən olunub.

“Kalaşnikov” markalı avtomat silahdan istifadə edən cinayətkar polis şöbəsinə gələrək özü təslim olub.