Aİ və Britaniya “Brexit” üzrə danışıqları intensivləşdirməklə bağlı razılıq əldə ediblər

  • By admin
  • 11 Oktyabr 2019 20:52

Avropa İttifaqı və Böyük Britaniya “Brexit”dən sonra İrlandiya sərhədi məsələsi üzrə razılığa gəlmək üçün yaxın günlərdə danışıqları intensivləşdirmək barədə razılığa gəliblər.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

“Avropa Komissiyasının “Brexit” üzrə baş müzakirəçisi Mişel Barnye bu gün səhər Böyük Britaniyanın Aİ-dən çıxış üzrə naziri Stiven Barkli ilə konstruktiv görüş keçirib… Aİ və Britaniya yaxın günlərdə müzakirələri intensivləşdirməklə bağlı razılıq əldə ediblər”, – bəyanatda deyilir.

Daha əvvəl Avropa Şurasının rəhbəri Donald Tuskun da söylədiyi kimi, Aİ dövlət başçılarının qarşıdakı sammitində razılıq əldə edilməsi şansı qalır. Bu zirvə görüşünün oktyabrın 17-18-də keçirilməsi planlaşdırılır.

Britaniya Aİ-ni oktyabrın 31-də tərk etməlidir.

 

 

Gununsesi.org