Ailə dağıtmaqda ittiham etdiyi müğənni Xoşqədəmi məhkəməyə verdi

  • By admin
  • 21 Mart 2019 00:48

Ailə dağıtmaqda ittiham edilən müğənni Aysel Əlizadə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına məktub göndərib.

Gununsesi.org  xəbər verir ki, Xoşqədəm xanım ifaçının vəkili tərəfindən yazılan məktubun bir hissəsini efirdə səsləndirib.

Məktubda qeyd olunub ki, Xoşqədəm Hidayətqızının proqramında Turanə adlı şəxs tərəfindən Ayselin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirildiyindən, şəxsi və ailə həyatı ilə bağlı

Vəkil məktubunda Ayselin efirə qoşulmasını tələb edib. Hidayətqızı məktubu oxuduqdan sonra Ayselə müraciət edərək efirə gəlib ittihamlara cavab verməsini istəyib.

Xoşqədəm Hidayətqızı məhkəməyə verilmə səbəbini anlamadığını deyib: “Mən deyirəm ki, bu cür gözəlliyə sahib olan gənc qız “Porshe” yox, lap belə “Ferrari” alsın, dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver”.

Qeyd edək ki, Turanə adlı qadın “Səni axtarıram” proqramına gələrək iki uşaq atası olan Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə sevgili oldugu üçün ailəsinin dağıldığını deyib. Qadın həmçinin E.Nəcəfovun müğənniyə 150 minlik “Porshe” markalı lüks avtomobil aldığını açıqlayıb.