“Akademik olmaq olar, bəs Siz hansı milləti təmsil edirsiniz?..” - TANINMIŞ SƏNƏTÇİLƏR ÇİNGİZ QACARA OD "PÜSKÜRDÜ"

  • By admin
  • 10 Mart 2017 10:05

tahir ekber azvision 2017

“Türk bizim qanımız və canımızdır.

Türkiyə yeganə dövlətdir ki,  bizim həmişə bir böyük qardaş kimi arxamızda dayanır”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbər akademik Çingiz Qacarın mətbuatda türkləri aşağılayan və sosial şəbəkələrdə ciddi etirazlara, qınaqlara səbəb olan fikirlərinə münasibətini bildirərkən qeyd edib.

“Akademik, mən sizinlə razı deyiləm. Türk heç vaxt deməz ki, bizim mahnıları oğurlayın”-deyən bəstəkarın sözlərinə görə, onsuz da dırnaqarası bəstəkarlar xarici estradadan-rus estradasından, ən əsası farsdan oğrulayırlar.

“Oğru harada olsa, oğurlayır, Türk buna neyləsin?!

Amma əsl bəstəkarlar heç vaxt oğruluq etməz – nə o vaxt,  nə bu vaxt.

Azərbaycan musiqisi-milli musiqisi də həmişə var olacaq!

Bunu mən bir milli bəstəkar kimi deyirəm.

Yaxsı olar ki, hamı öz işi ilə məşğul olsun: Siz də nə bəstəkarsınız, nə də ifaçı”-deyə, o, sözlərinə əlavə edib.

firuze

Tanınmış ifaçı, Əməkdar artist Firuzə İbadova da sosial şəbəkədəki şərhində Ç. Qacara öz etirazını bildirib.

“Bu, nə deməkdir?!

Dilimiz bir, dinimiz İslam!

Akademik olmaq olar, bəs Siz hansı milləti təmsil edirsiniz?..”-deyə, o, bildirib.

Cingiz_qacar

Qeyd edək ki, Ç. Qacar mətbuata geniş müsahibəsində bunları deyib:

“…Türklər hətta, ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun.

Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub. Tarixə baxın, görün Osmanlı İmperiyası Təbrizi neçə dəfə dağıdıb? Təbrizi, Gəncəni türklər yox edib, dağıdıb. Osmanlı qoşunu Çaldıran döyüşündə minlərlə türkü öldürüb.

İndi də həmin Çaldıran düzü Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır…”

Kamil HƏMZƏOĞLU

Gununsesi.info