AKP İstanbulda seçkidə qalib gəlmək üçün kürdləri hədəf alır - YILDIRIM KÜRDCƏ DANIŞDI

  • By admin
  • 16 İyun 2019 11:03

İstanbulda Novruz bayramını qeyd edən insanlar həbsdə olan Kürdüstan Fəhlə Partiyasının lideri Abdullah Öcalanın şəklini dalğalandırır. 24 mart, 2019.

Türkiyədə iyunun 23-də təkrar bələdiyyə seçkisi keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) kürdlərin səslərini qazanmağı hədəfləyir. Onların kürd qiyamçılarla sülh danışıqlarını bərpa edəcəyinə dair spekulyasiyalar artır.

Gununsesi.org xəbər verir ki, bu həftə vəkillər may ayından bəri artıq üçüncü dəfədir həbsdə olan Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalan ilə görüşüb. May ayından əvvəl isə o, səkkiz ildir vəkilləri ilə görüşmürdü. Öcalan vəkilləri vasitəsilə yaydığı bəyanatda birlikdə yaşamağın əhəmiyyətini vurğulayıb, kürdlərin türklərsiz, türklərin də kürdlərsiz mövcud ola bilməyəcəyini söyləyib.

Öcalanın təcridinə son qoyulması PKK ilə Ankara arasında sülh prosesinin bərpasına dair spekulyasiyaları artırıb. Danışıqlar 2015-ci ildə tərəflərin bir-birilərini qarşılıqlı ittiham etməsindən sonra iflasa uğrayıb və ardınca baş veərn ağır döüşlər nəticəsində Türkiyənin əsasən kürdlərin yaşadığı regionundakı bir çox şəhər dağılıb.

İstanbul merliyinə namizəd Binəli Yıldırım
İstanbul merliyinə namizəd Binəli Yıldırım

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli qərbli diplomat deyib ki, döyüşlərə son qoymağın yollarını tampaq məqsədilə ilkin addımlar atılıb.

Birləşmiş Ştatlar sülh danışıqlarının bərpasını Vaşinqtonun Suriyanın kürd yarı-hərbi dəstəsi YPG-ya dəstəyi səbəbilə yaranan gərginliyi yatışdırmağın yolu olaraq görür. Türkiyə YPG-nin PKK-nın qolu hesab edir.

Partiya siyasəti sülh səylərinə güclü təkan verir. AKP-nin mart ayında keçirilən bələdiyyə seçkisində Türkiyənin ən zəngin və ən böyük şəhərindəki məğlubiyyətinin bir səbəbi olaraq onların kürd seçicilərin səslərini itirməsi göstərilir.

Bəzi təhlilçilər CHP-nin namizədi Əkrəm İmamoğlunun qələbəsinə mühafizəkar kürd seçicilərin AKP-nin namizədi Binəli Yıldırıma səs verməməsi ilə kürd tərəfdarı HDP tərəfdarlarının İmamoğlunu dəstəkləməsinin səbəb olduğunu bildirir.

İstanbuldakı səsvermə seçkidə uyğun olmayan rəsmilərin iştirakı səbəbilə yenidən keçirildiyi üçün Yıldırım indi kürdlərin səslərini qazanmağı hədəfləyir.

Yıldırım bu ay əsasən kürdlərin yaşadığı Diyarbakır şəhərində seçki kampniyası aparıb və orada izdihamla zəif bildiyi kürd dilində danışıb.

“Mən Diyarbakıra sizin dəstəyinizi istəmək üçün gəlmişəm. Diyarbakır hər zaman bizim tərəfimizdə olub. İnşallah bu dəfə də bizim tərəfimizdə olacaqlar”, o deyib.

Yıldırım həmçinin ziyarət etdiyi regiondan bəhs edərkən Kürdüstan sözündən istifadə edib. Bundan bir neçə ay öncə isə Ərdoğan bu sözdən istifadə edənləri qınayaraq, deyib ki, onlar Türkiyəni tərk etməlidirlər.

Lakin sülh danışıqlarının bitməsindən sonra kürd hərəkatına qarşı hərbi və hüquqi təqiblərin miqyası nəzərə alındıqda, kürdlərin səslərini qazanmağın çətin olacağına dair skeptisizm var.

Mən bunun təsirinin olacağına şübhə ilə yanaşıram çünki artıq çox gecdir – deyə, İstanbulun Kadir Has Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Soli Özəl bildirir.

“Türkiyə xalqının yaddaşı balıq yaddaşıdır, amma insanların martın 21-dən öncə söylənən və edilənləri unutması üçün martın 31-i ilə iyunun 23 arasındakı vaxt çox qısadır”, o əlavə edib.

Yıldırımın çıxış etdiyi Sur məhəlləsinin böyük hissələrində 2016-cı ilə PKK ilə təhlükəsizlik qüvvələri arasında ağır döyüşlər baş verib.

Kürd tərəfdarı HDP qarşıdan gələn İstanbul seçkisində Ərdoğanın AKP partiyası ilə hər hansı razılığın olacağına inanır.

HDP-nin fəxri prezidenti Ərtoğrul Kürkcü deyir ki, Ərdoğan İstanbul səsverməsinə dair “kiçik ümid” bəsləyir.

“AKP əsas problemdir – kürdlər belə düşünür. AKP Türkiyədə müsbət dəyişiklik yaradacağını vəd etmir. Onlar yalnız diktatura təqdim edir. Bizim problemlərimiz diktatura ilə həll oluna bilməz. Əksinə onlar daha da pisləşər”, o söyləyir.

Sülh danışıqları bitəndən sonra başlyanan təqiblər nəticəsində minlərlə HDP rəsmisi, o cümlədən millət vəkilləri həbs olunub.