Aktrisa 6 il əvvəl oxuduğu mahnıya klip çəkdirdi - VİDEO

  • By admin
  • 18 Sentyabr 2019 09:42

Aktrisa-müğənni Çimnaz Sultanova 6 il əvvəl ifa etdiyi “Nostalji” mahnısını ekranlaşdırıb. Gununsesi.org-un məlumatına görə,  ifaçının ilk klipi Yutub kanalında yerləşdirilib.

Sözləri Ayaz Həmidova, musiqisi Martin Lauerə məxsus mahnını rejissor Nail Naiboğlu lentə alıb.

Ekran işinin çəkilişləri Azərbaycanın cənub bölgəsində baş tutub.

Qeyd edək ki, sözügedən mahnı ilk dəfə 1981-ci ildə İtaliya mənşəli Fransa müğənnisi Dalida tərəfindən ifa olunub.

 Gununsesi.org