Aktyorun döydüyü direktor danışdı - RZA QADINLARI BELƏ SÖYÜRDÜ /VİDEO

  • By admin
  • 23 Noyabr 2018 09:51

Xəbər verdiyimiz kimi, aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirib.

“Qafqazinfo”nun məlumatına görə, bu hadisə günlərdir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Təhsil Nazirliyi açıqlamasında direktora qarşı baş vermiş fiziki zorakılıq halını pislədiyini və şiddətlə qınadığını, nazir Ceyhun Bayramovun məsələni bilavasitə diqqət mərkəzində saxladığını bildirib.

R. Rzayev isə hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib.

Dünən gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib.

Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib.