Albaniyada zəlzələ qurbanlarının sayı artdı

  • By admin
  • 27 Noyabr 2019 19:03

Albaniyada zəlzələ qurbanlarının sayı artaraq 30 nəfər olub.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 650 nəfərdir. Onların vəziyyəti kritikdir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Albaniya hökuməti ölkədə matəm elan edib.

Xatırladaq ki, Albaniyada noyabrın 25-da 6,4 bal gücündə zəlzələ baş verib.

 

Gununsesi.org