“Alhurra TV”nin fotojurnalisti öldürüldü

  • By admin
  • 10 Yanvar 2019 21:17

İraqın paytaxtı Bağdadda “Alhurra TV”nin fotojurnalisti Samr Əli Şəkara güllələnib.

“Gununsesi.org” xarici mediaya istinadən xəbər verir ki, jurnalistin cəsədi yol kənarında tapılıb. Onun üzərində çoxsaylı güllə yaraları olub.

İnsidentlə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, “Alhurra TV” ABŞ tərəfindən maliyyələşdirilir.