Ali Radadakı davaya görə cinayət işi açıldı

  • By admin
  • 11 Dekabr 2019 20:09

Ukrayna Ali Radasında deputatlar arasında baş vermiş davaya görə cinayət işi açılıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kiyev polisinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, insident “hüquqi və ya ictimai şəxsə qarşı zorakılıq və ya təhdid” kimi dəyərləndirilib. Qeyd olunan ittiham üzrə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir

Qeyd edək ki, deputatlar arasında yaranan dava zamanı millət vəkili Andrey Boqdanets beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Ali Radada dava “Xalqın xidmətçisi” fraksiyasından deputat Andrey Boqdanetslə “Azadlıq” Ümumukrayna Birliyinin üzvləri arasında aqrosiyasət məsələlərinin müzakirəsi zamanı baş verib.

 

Gununsesi.org