Alimlərdən möhtəşəm kəşf: Səsdən 5 dəfə sürətli raketlər gəlir

  • By admin
  • 25 Yanvar 2020 18:52

ABŞ səsdən 5 dəfə sürətli raketlərin istehsalına başlayacaq.

 Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, 2020-2021-ci illəri əhatə edəcək yeni proqram, hipersonik raketlər sistemində ciddi yenilik və böyük dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Səsdən 5 dəfə sürətli raketlərin istehsalı zərurəti Çin və Rusiyann bu sahədə apardığı fasiləsiz tədqiqatlarla izah edilir. Pentaqonb hesab edir ki, ABŞ bu müstəvidəki üstünlüyünü əldən verməməli, daha sürətli raketlərin yaradılması ilə bağlı sınaq testlərini və tədqiqatları genişləndirməlidir.

Maraqlı məqamlardan biri də Pentaqona bu layihəni həyata keçrimək üçün əlavə maliyyə vəsaitinin verilməməsi ilə bağlıdır. Konqresin hərbi xərcləri atırmasına ciddi müqavimət göstərməsi səbəbi ilə, Pentaqon yeni nəsil hipersonik raketləri “daxili imkanlar hesabına” əldə etməyə qərar verib. Gərəkli vəaiti əldə etmək üçün nisbətən köhnə nəsil silah və texnikadan imtina edilməsi nəzərdə tutulur. Ehtimal olunur ki, ABŞ istifadədən çıxarılacaq silah və texnikaları, müdafiə və hücum texnologiyalarını digər dövlətlərlə satmaqla hipersonik raketlrə bağlı layihənin icrası üçün gərəkli olan vəsaiti əldə etməyə çalışacaq.

Yeni nəsil hipersonik raketlərin ən mühüm özəlliklərindən biri də onun radarlar üçün tamamilə görünməz olması ilə bağlıdır. Mütəxəssislər hesab edir ki, bu raketlərin istehsalı radarları tamamilə “gərəksiz xərc tələb edən lazımsız yükə” çevirəcək.

Məlumat üçün qeyd edək ki, Rusiya və Çin hər zaman olduğu kimi, bui gün də hipersonik raketlər məsələsində ABŞ-a ən ciddi rəqiblər hesab olunur. Xüsusilə də Rusiyanın hipersonik raketlərlə bağlı həyata keçridiyi sınaqlar ABŞ tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır.

Gununsesi.org