Alimlərin iş saatı qısaldıldı

  • By admin
  • 11 May 2017 13:08

elmler akademiyasi

IV İslam Həmrəliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçiləri üçün iş saatı qısaldılıb.

Gununsesi.info xəbər verir ki,  Trend-in Akademiyadan əldə etdiyi məlumata görə, mayın 12-də – açılış mərasimində və mayın 22-də bağlanış mərasimində işçilər günorta saat 1-ə qədər işləyəcəklər.

Bununla bağlı işçilərə şifahi məlumat verilib.

Qeyd edək ki, mayın 12-dən 22-ə qədər Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Gununsesi.info