Alman deputat Hüttinq: Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tələbləri yerinə yetirilməlidir

  • By admin
  • 06 Yanvar 2020 11:56

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin tələbləri yerinə yetirilməlidir.

Trend-in məlumatına görə, bunu, Almaniya Bundestaqının deputatı Olaf Hüttinq yerli onlayn-platformaya müsahibəsində deyib.

Hüttinq qeyd edib ki, münaqişə ilə əlaqəli status-kvo qəbuledilməzdir və problem sülh yolu ilə həll olunmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

 

 

Gununsesi.org