Almaniya istehsalı olan aviataksi ilk dəfə sərnişin daşıyıb

  • By admin
  • 23 Oktyabr 2019 18:54

Almaniyanın “Volocopter” şirkətinin hazırladığı aviataksi ilk dəfə sərnişin daşıyıb.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlə uçuş Sinqapurun Marina körfəzində baş tutub.

Proses 2,5 dəqiqə davam edib. Qeyd edək ki, bu cür taksilər 110 km/saat sürətlə hərəkət edir.

 

Gununsesi.org