Almaniyada MİLYARD avroluq oğurluq oldu: ÖLKƏ “QARIŞDI” – ANBAAN VİDEO

  • By admin
  • 26 Noyabr 2019 16:52

Avropanın ən böyük cavahirat kolleksiyasının yerləşdiyi Almaniyanın dövlət muzeyindən oğurluğun videosu yayılıb.

Gununsesi.org unikal.org-a istinadən xəbər verir ki, video Drezden polisi tərəfindən internetdə yayılıb.

Onlar bu yolla oğrular haqqında məlumat əldə edə biləcəklərini düşünürlər.

Oğrular Drezden Kral Sarayındakı Yaşıl Qübbəyə (Qreen Vault) noyabrın 25-də səhər giriblər. Soyğunçular özləriylə fənər və balta götürüblər. Onlar qaranlıq zalı cib fənərinin köməyi ilə işıqlandırıb vitrinin şüşəsinə bir neçə dəfə zərbə vururlar.  Sonra isə çərçivəni tamamilə sökürlər.

Muzeydən verilən məlumata görə, onlar  üç dəyərli brilliyant qarnitur və 100-ə yaxın zinət əşyası oğurlayıblar.  Ümumilikdə vurulan zərər  təxminən bir milyard avrodur.

Oğrular hadisə yerindən qaçıb.

Ölkədə bir çox telıekanallar və mətbuat orqanları oğurluq hadisəsini manşetlərdən verərək gündəmə çeviriblər.

Hüquq-mühafizə orqanları isə işin araşdırılması üçün Drezden şəhərində xüsusi komissiya heyəti yaradıb.

 

 

Gununsesi.org