Almaniya mühafizəkarlarının lideri iki vətəndaşlığı qadağan etmək istəyir

  • By admin
  • 13 Oktyabr 2019 22:39

Almaniyanın sağ təmayüllü və hakim “Xristian-mühafizəkar ittifaq” partiyasın rəhbəri, həmçinin ölkənin müdafiə naziri Anneqret Kramp-Karrenbauer mühafizəkarların gənclər təşkilatlarının ümumAlmaniya qurultayında çıxış edərkən ikili vətəndaşlığın qadağan olunması haqqında bəndin partiya proqramına salınacağını vəd edib.

Gununsesi.org xarici agentliklərə istinadən bildirir ki, bu barədə DW saytı məlumat verib.

Xanım Karranbauerin sözlərinə görə, o bununla bağlı partiyanın noyabr ayında keçiriləcək qurultayında təşəbbüs qaldıracaq. Bundan başqa mühafizəkar lider mütttəfiqləri Xristian Sosial İttifaq partiyası ilə müzakirələr aparacağını deyib.

Lakin onun özünün etiraf etdiyinə görə, parlamentdəki solçuların, əsasən də sosial-demokratların müqaviməti həmin layihənin həyata keçirilməsi şansını sıfırlayır.

Qeyd etmək lazımdır ki, Anneqret Kramp-Karrenbauer 2018-ci ilin dekabr ayının 7-də kansler Angeal Merkeli Xristian-Demokrat Birlik partiyasındakı sədrlik postunda əvəz edib. Onun əvvəldən ikili vətəndaşlığa qarşı olduğu bilinməkdədir.

“İkili vətəndaşlıq konsepsiyası inteqrasiyaya mane olmadığı effektlidir”,-deyə o, 2018-ci ilin noyabr ayında mətbuata verdiyi bəyanatda bildirib.

2019-cu ilin fevral ayında isə xanım Kramp-Karrenbauer İŞİD terror təşkilatına mənsubluğu bilinən şəxslərin Almaniya vətəndaşlığından məhrum eidlməsi prosedurlarının sadələşdirilməsi tələbi ilə çıxış edib.

“Terror təşkilatına iki pasportla üzv olan adam Almaniyadan əl çəkməlidir,”-deyə o, “Redaktionsnetzwerk Deutschland” (RND) media qrupuna verdiyi müsahibədə söyləyib.

 

 

Gununsesi.org