Almaniyada 554 mənzil alan şirkət rəhbərinin deputatlığa namizəd oğlu kimdir?

  • By admin
  • 15 Yanvar 2020 17:17

“Vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin 113 saylı Şəki şəhər Seçki Dairəsindən namizəddir”. 

Gununsesi.org xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində paylaşıb.

Cavanşir Həsənli qeyd edib ki, Nicat Mustafazadə İngiltərənin Durham biznes məktəbinin məzunudur: “Atası Nasir Mustafazadə “Azəri Servis LTD”nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun sahib olduğu şirkət irihəcmli tenderlərin “qalibi” olub, əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, “Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.

Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk iş adamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu”.

 

 

 

Gununsesi.org