Almaniyada Novruz şənliyində qanqaraçılıq - SOYDAŞLARIMIZ NƏDƏN NARAZI QALIB?

  • By admin
  • 23 Mart 2019 15:12

Almaniyanın Köln şəhərində təşkil olunan Novruz şənliyndə narazılıq yaranıb.

Bu barədə Gununsesi.org-a Avropada yaşayan soydaşlarımız bildirib. Belə ki, hələ bir nüçə gün əvvəl Novruz şənliyi təşkil etmək üçün Avropada yaşayan azərbaycanlılardan pul toplanıb. Ancaq kifayyət qədər vəsaitin yığılmasına baxmayaraq, vəd olunan masa təşkil olunmayıb. Bundan başqa Bakıdan Almaniyaya gedən sənətçilərin də qonararı yarımçıq verilib.

Buna görə də təşkilatçılarla tədbirə qatılan insanlar arasında mübahisə düşüb.

Hətta bu narazılıq sosial şəbəkələrə belə sirayət edib.

Başqa bir şəhərdən Kölnə gələn Bahar Mustafayeva adlı soydaşımız “Bu, ikinci ildir ki, pula və benzinə heyf” deyirm deyə öz narazılığını sosial şəbəkədə səsləndirib.

Qeyd edək ki, Novruz şənliyindən əvvəl Avropada yaşayan soydaşlarımıza bu müraciət ünvanlanmışdı:

Əziz soydaşlar!

Sizi “NOVRUZ – 2019 – Köln ” Bahar bayramı şənliyinə dəvət edirik. 22.03.2019-cu il tarixində Köln şəhərində güneyli-quzeyli soydaşlarımızın iştirakı ilə möhtəşəm Novruz şənliyi keçiriləcək. Bu Novruz şənliyində tanınmış mügənnilər şip-şirin Elçin Cəfərov, Cavid Təbrizli və Vüsalə Musayeva, tarzən Vahid, həmçinin tanınmış və sevilən aparıcısı Tünzalə Rafiqqızı, sürpriz qonaqlar iştirak edəcək. Bahar qızı, Novruz baba, Keçəl və Kosanın maraqlı macəraları olacaq. Bundan başqa, uşaqlar ücün ayrıca əyləncələr, möhtəşəm tonqal, faytonlar, rəqslər bayram tədbirinə əlavə rənglər qatacaq. Gəlin, hər birimizin sevimli bayramı olan Bahar bayramını birlikdə qeyd edək. Menyu: Sahib Sahibcanovun rəhbərliyi ilə hazırlanan müxtəlif növ salatlar, kabablar və plovlar, Içkilər, qazlı və qazsız sular, Kola, Fanta, Pepsi Tədbir 18:00-da başlanacaq.

Ünvan: Halay Palast, Neuser Land strasse 2, 50735 Koln longerich Biletlər üçün əlaqə nömrələri:

1. Essen: 015782182195 – Sevinc xanım

2. Köln: 01639190155 – Əli bəy Gənbəri Quşçu

3. Köln – 017641651756 – İlkin bəy

4. Köln – 01637374998 – Behnam bey Azad

5. Düsseldorf: 015237990504 – Əlövsət bəy Biletləri nağd və ya bank köçürməsi yolu ilə əldə edə bilərsiniz.

Bilet: 40 Avro Uşaqlar – (8 yaşdan) 30 Avro Tələbələr – 30 Avro

Yuxarıda qeyd olunanlarla bağlı tədbirin təşkilatçılarının da mövqeyini işıqlandırmağa hazırıq.