Almaniyadan tələb: ABŞ nüvə silahını ölkədən çıxartsın

  • By admin
  • 20 Noyabr 2019 16:59

ABŞ nüvə silahını Almaniya ərazisindən çıxarmalıdır.

 Gununsesi.org Oxu.az-a istinadən “RİA Novosti” xəbər verir ki, bu haqda Bundestaqın deputatı Ditmar Barç bildirib.

“Mən və partiyam ABŞ-ın nüvə silahının Almaniya ərazisində yerləşməsinin əleyhinəyik. Bu silahlar ölkədən çıxarılmalıdır. Ölkədəki ABŞ bazaları məsələsi də kəskin olaraq qalır. Almanların çoxu bu mövqeyimizlə razılaşır”, – Barç qeyd edib.

 

Gununsesi.org