Almaniyalı boksçu dünyasını dəyişdi -Bayer 3 qat dünya çempionudur

  • By admin
  • 04 Dekabr 2018 23:34

Almaniyalı boksç Markus Bayer 47 yaşında dünyasını dəyişib.

“Gununsesi.org” “Boxing News”a istinadən xəbər verir ki, idmançı Berlin xəstəxanalarının birində uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb.

Qeyd edək ki, Bayer 2008-ci ildə karyerasına son qoyub. Onun hesabında qələbə ilə bitmiş 35 oyun var. Bayer orta çəkidə 3 qat dünya çempionudur.