“Altın Kelebek”ə Aygün gedəcək -Fotolar+Video

  • By admin
  • 09 Dekabr 2018 21:14

Sabah Türkiyədə nüfuzlu “Altın Kelebek”  mükafat mərasimi baş tutacaq. “Gununsesi.org” un əldə etdiyi məlumata görə, gecədə xalq artisti Aygün Kazımova da iştirak edəcək. 

O, Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib. Pop ulduza bazar günü axşamı “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim ediləcək.

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.