Alyaskada doqquz kilometr hündürlüyündə vulkan püskürdü: İnsanlar qorxuya düşdü, uçuşlar dayandırıldı - FOTO

  • By admin
  • 20 Yanvar 2020 13:47

Alyaskada vulkan püskürüb.

TASS agentliyi bu barədə Alyaska vulkan rəsədxanasına istinadən xəbər yayıb.

Aleut adalarında Şişaldina vulkanının püskürməsi nəticəsində kül sütunu doqquz kilometr yüksəkliyə ucalıb. Yaxınlıqdakı sakinlər alovlanan vulkandan vahiməyə düşüblər.

 

Ərazidə aviasiya uçuşlarına qadağa qoyulub.

Qeyd edək ki, Aleut adaları zəncirvari 14 böyük vulkanik adadan və 57 kiçik adadan ibarətdir.

Xəbər Oxu.az saytında dərc edilib.

 

 

Gununsesi.org