“AMEA-da ixtisarlar nəzərdə tutulur” – Vitse-prezident İsa Həbibbəyli

  • By admin
  • 05 Dekabr 2019 16:20

“Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademiyanın prezidenti Ramiz Mehdiyevin rəhbərliyi ilə ixtisarların aparılması nəzərdə tutulur”.

Gununsesi.org–un məlumatına görə bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O, ixtisarların kütləvi xarakter daşımadığını bildirib: “İxtisarlar yalnız artıq qurumların, şişirdilmiş ştatların olduğu yerlərdə, bu lüzumsuz ştatların qabağını almaq üçün nəzərdə tutulur”.

Gununsesi.org