Amerika İranla müharibə istəmədiyini bəyan etdi

Amerika İranla müharibə istəmədiyini bəyan etdi

ABŞ-ın dövlət katibi Maykl Pompeo İranı bütün dünya üçün təhlükə adlandırıb. Gununsesi.org xəbər verir ki, bunu Amerika diplomatiyasının rəhbəri “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz İranla müharibə istəmirik. Biz istəyirik ki, onlar özlərini normal millət kimi aparsın. Məncə, onlar bunu başa düşür və mən düşünürəm ki, bütün dünya anlamağa başlayır ki, bu, real təhlükədir”, – dövlət katibi deyib.

 “Bu, təkcə ABŞ, İsrail üçün yox, hamımız üçün təhlükədir”, – Pompeo qeyd edib.

Gununsesi.org

COMMENTS