Amerika İraqdan bu şərtlə çıxacaq- Tramp açıqladı

  • By admin
  • 06 Yanvar 2020 13:26

“İraqda nəhəng hərbi bazanın tikintisinə milyonlar xərclənib. Ora sərf olunmuş pul ödənildiyi təqdirdə İraqdakı ABŞ əsgərləri ölkədən çıxarıla bilər”.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İraqın ABŞ ordusunun ölkədən çıxarılması ilə bağlı tələbinə cavabında deyib.

Tramp eyni zamanda İraqı sanksiyalarla hədələyib:

“İraq ölkədən çıxmağımızı istəyərsə və bunu dostca etməzsə, onlara indiyə kimi görmədikləri ağır sanksiyalar tətbiq edərik. Hətta İrana qarşı sanksiyalar bunların yanında xəfif qalar”.

Gununsesi.org