Amerika İŞİD-ı tam məğlub etdi- GƏLƏN HƏFTƏ DÜNYA BUNUN ŞAHİDİ OLACAQ

Amerika İŞİD-ı tam məğlub etdi

Gələn həftə İŞİD terror təşkilatının 100% məğlubiyyəti rəsmən açıqlanacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Prezident bu barədə İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə danışıb. O, bildirib ki, rəsmi açıqlamanı gözləmək niyyətindədir.

Tramp çıxışında vəzifəsinə gəldiyi gündən etibarən İŞİD-ə qarşı gördüyü işlərdən danışıb və son olaraq koalisiya üzvləri ölkələrə təşəkkür edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildən Suriyada aktiv fəaliyyətə başlayıb.

COMMENTS