Amerika kəşfiyyatına ŞOK ZƏRBƏ:İranın xüsusi xidmət orqanları...

Amerika kəşfiyyatına ŞOK ZƏRBƏ:

İranın xüsusi xidmət orqanları Amerikanın geniş kibercasus şəbəkəsini ifşa edib.

Gununsesi.org “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran Ali Milli Təhlükəsizik Şurasının katibi Əli Şamxani bildirib.

Onun sözlərinə görə, Tehran əməkdaşlıq çərçivəsində bu informasiyanı öz müttəfiqləri ilə bölüşüb.

“Bu, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının böyük şəbəkəsinin açılmasına, aradan qaldırılmasına, həmçinin tutulmasına və müxtəlif ölkələrdə onlardan bəzilərinin cəzalandırılmasına gətirib çıxardı”, – o deyib.

İran aprel ayında MKİ-nin 290 casusdan ibarət şəbəkənin ifşa edildiyini açıqlayıb. Qeyd edilirdi ki, onlar regionun müxtəlif ölkələrində, həmçinin İranda fəaliyyət göstərirlər.

Qeyd edək ki, casus şəbəkəsinin ifşası haqqında informasiya Oman körfəzində neft tankerlərə hücumlardan bir neçə gün sonra çıxıb. İyunun 13-də iki tankerə hücüm edilmişdi. ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və İsrail hücumlara görə İranı ittiham edib. Tehran ittihamları rədd edib.

COMMENTS