Anarın kitabları İranda nəşr olundu

  • By admin
  • 10 Avqust 2019 14:25

Azərbaycanın xalq yazıçısı Anarın anadan olmasının 80 illiyi münasibəti ilə Tehranda 3 kitabı nəşr olunub

Gununsesi.org xəbər verir ki, kitabların nəşri şair və jurnalist Səid Muğanlı tərəfindən əski əlifbada “Yaşmaq” nəşriyyatında həyata keçirilib. Güneyli yazar Elyar Polad isə onları ərəb əlifbasına köçürüb.

Qeyd edək ki, bundan əvvəlki illərdə də Anarın dörd əsəri İranda işıq üzü görmüşdü.

Gununsesi.org