Anasını öldürdükdən sonra yandıran oğula ağır cəza verildi

Anasını öldürdükdən sonra yandıran oğula ağır cəza verildi

Xüsusi amansızlıqla adam öldürməkdə ittiham edilən şəxsə hökm oxunub.

Gununsesi.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən T.Bağırov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakı şəhərinin Sabunçu rayonunda baş verib.

Baş Prokurorluqdan bildirilib ki, rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğul anasının meyidinin üzərinə ağ neft tökərək yandırıb.

Polis və prokurorluq orqanlarının birgə əməliyyatı nəticəsində T.Bağırov şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıql qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

 

 

Gununsesi.org

COMMENTS