Ankarada iki qatar toquşdu - ÖLÜ VƏ YARALILAR VAR

  • By admin
  • 13 Dekabr 2018 10:35
Türkiyənin paytaxtı Ankarada Konyaya doğru hərəkət edən sürət qatarı şəhərətrafı səfər həyata keçirən qatarla toqquşub.
Gununsesi.org xəbər verir ki, qəzadan sonra yerüstü keçid qatarların üzərinə çöküb. Marşandiz stansiyasında baş verən hadisə zamanı 2 vaqon aşıb. Ankara valisi Vasip Şahin 4 nəfərin öldüyünü, 43 nəfərin yaralandığını açıqlayıb.