Ankarada tutulan terrorçudan qan donduran plan: İki naziri öldürəcək, hərbi hissələri qana boyayacaqdı

  • By admin
  • 07 Dekabr 2019 09:24

Ankarada polisə təslim olan PKK terrorçusu gözlənilməz etiraf edib.

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, S.B. adlı terrorçu Milli Müdafiə naziri Hulusi Akara və Daxili işlər naziri Süleyman Soyluya sui-qəsd hazırlandığını və bunun üçün təlimatla Türkiyəyə göndərildiyini bildirib. Onun sözlərinə görə, nazirlərə qarşı sui-qəsd planı baş tutmasaydı, hərbi hissələrə hücumlar təşkil olunacaqdı.

S.B. İstanbulda daha iki terrorçu ilə görüşsə də, daha sonra Ankaraya gedərək polisə təslim olub. Həmin şəxslər barədə də iddianamə hazırlanıb. Hakim S.B.nin ömürlük həbsini tələb edib. Digər iki şübhəlinin hər birinə isə 15 il azadlıqdan məhrumetmə cəzası istənilib.