Qarabağ qazisi döyülən əlillərin müdafiəsinə qalxdı- NEÇƏ Kİ, ONLARIN HƏYAT ŞƏRAİTİ YAXŞILAŞMAYIB...

Qarabağ qazisi döyülən əlillərin müdafiəsinə qalxdı

Hər zaman vətəndaş mövqeyi ilə seçilən “Qarabağ qazisi” Kamiı Musəvi SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zorakılığa məruz qalan Qarabağ döyüşündə əlil olan şəxslərlə görüşüb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Kamil Musəvi özü bildirir:

“Dünən zərərçəkmiş, zorakılığa məruz qalmış Qazi qardaşlarımızla görüşdüm. Onlara qarşı olunan haqsızlıqların həll olunması üçün əlimdən gələn köməyi etdim və şükürlər olsun ki, bu məsələlərin bir qisminin həll olunmasına nail oldum. Amma təəssüflər olsun ki, belə məqamda Qazilərimizi qinayanlar, onlara min cür sözlər deyənlər də oldu. Mən Qazilərimizi qınayan, onları gunahlandıran insanların hər birinə səslənirəm:

Nə qədər ki, Qazilərimizin həyat fəaliyyəti, məişət şəraiti yüksək səviyyəyə catdırılmayıb, heç kim Qazilərimizi nə qınaya, nə də onları günahkar hesab edə bilməz!!!!

P.s Biz yaltaqlıqdan, kimsələrin xoşuna gəlməkdən dolayı heç vaxt Qazi qardaşlarımızı tək qoymadıq və heç vaxt öz kimliyimizi madiyyata satmadıq. Bu prosesləri təşkil edənlər də bilsinlər ki, biz heç vaxt Qazilərin əlinnən dövlətimizdə sabitliyin pozulmasına imkan vermiyəciyik”.

Gunay

Gununsesi.org

COMMENTS