Aqil Məmmədov kəlbəcərli seçiciləri ilə görüşdü - GƏNCƏDƏ

  • By admin
  • 24 Yanvar 2020 22:06

Məmmədov Aqil Sadıq oğlu təbliğat kampaniyası çərçivəsində növbəti görüşünü kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik məcburi köçkün qəsəbəsində keçirib.

Gununsesi.org xəbər verir ki, görüşdə çıxış edən Aqil Məmmədov ona göstərilən xoş münasibətə görə, seçicilərinə minnətdarlığını bildirərək bu yola Yeni Azərbaycan Partiyasının digər namizədləri kimi daha güclü Azərbaycan naminə şuarı ilə çıxdığını və seçki günü bütün seçicilərini seçki məntəqələrinə gələrək layiq bildiyi namizədə səs verməyə çağırıb.

Namizəd qeyd edib ki, Azəraycanda seçki şəffaflığının qorunması hər bir seçicinin səs verməsindən asılıdır: “Azərbaycanda bütün seçkilər azad, demokratik və şəffaf keçirilib. Hər bir seçici bu şəffaflığı qorumalı, fəallıq nümayiş etdirməlidir”.

Görüşdə iştirak edən seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

Aqil Məmmədov seçiciləri ilə görüşdü - GəncədəAqil Məmmədov seçiciləri ilə görüşdü - GəncədəAqil Məmmədov seçiciləri ilə görüşdü - GəncədəAqil Məmmədov seçiciləri ilə görüşdü - GəncədəAqil Məmmədov seçiciləri ilə görüşdü - GəncədəAqil Məmmədov seçiciləri ilə görüşdü - GəncədəAqil Məmmədov seçiciləri ilə görüşdü - Gəncədə

Gununsesi.org