Araz Əlizadə: “Cümhuriyyətin yubiley medalına mən də layiqəm”

  • By admin
  • 11 İyul 2019 15:26

 

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Milli Məclis üzvlərini Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı ilə təltif edib.

Təltif edilənlər arasında AXC qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni tənqidi ilə tanınan deputat Araz Əlizadə də var.

Bəs görəsən, Araz Əlizadə özünü bu medala layiq görürmü?

Gununsesi.org bu sualla deputatın özünə müraciət edib: “Bəli, mən özümü layiq görürəm. Məni maraqlandırmi ki, sosial şəbəkələrdə nə yazırlar, nə deyirlər. Mən demişəm ki, AXC-nin adını təkcə Rəsulzadəyə bağlamaq doğru deyil. Mən Bakıdanam və Rəsulzadə də bakılıdır. Ona bakılı kimi hörmətim var. Təklif edirəm ki, “Sahil” bağında AXC qurucularının büstləri qoyulsun.Amma bəziləri dirənir ki, yalnız Rəsulzadə üçün olmalıdır”.

Elmar