Arda Fatih Terimin əlini öpdü – Fotolar

  • By admin
  • 23 Noyabr 2019 17:12

“Başakşəhər”in futbolçusu Arda Turan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə barışıb.

Gununsesi.org “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu, dünən superliqanın 12-ci turunda keçirilən oyun öncəsi baş verib. Arda “Türk Telekom” stadionunda Terimin yanına gedərək onu qucaqlayıb və əlini öpüb. Onlar bir-birilərinə oyunda uğurlar diləyib.

Xatırladaq ki, Türkiyə millisinin “Avro-2016″da uğursuz çıxışından sonra Arda Turanla Fatih Terimin münasibətləri pisləşmişdi.

 

 

Gununsesi.org