Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi

  • By admin
  • 13 Oktyabr 2019 18:30

Bu gün, oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda keçirilən Müsavat Partiyasının IX qurultayı başa çatıb.

Gununsesi.org-un verdiyi məlumata görə, qurultayda ən çox səs toplayaraq 262 səslə partiyanın başqanı yenidən Arif Hacılı seçilib. Digər namizədlər Tofiq Yaqubluya 51 səs, Yadigar Sadıqlıya isə 20 səs verilib.

Qeyd edək ki, 2014-cü ildə partiyanın VIII qurultayında da Arif Hacılı başqan postuna seçilmişdi.

IX qurultay ərəfəsində partiya başqanlığına 3 şəxs iddiasını qoymuşdu. Bunlar Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılı idi.

 

 

Gununsesi.org