“Arsenal”dan gözlənilməz məğlubiyyət - VİDEO

  • By admin
  • 15 Fevral 2019 09:37

Avropa Liqasında 1/16 mərhələsində sürpriz nəticə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, səfərdə Belarusun BATE komandası ilə qarşılaşan İngiltərənin “Arsenal” klubu gözlənilmədən məğlub olub.

Heyətində ciddi itki olmadan matça çıxan London təmsilçisi görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

 Qeyd edək ki,cütün cavab görüşü fevralın 21-də baş tutacaq.

BATE – “Arsenal” – 1:0

Qol: Draqun, 45

Qırmızı vərəqə: A.Lakazet, 85 (“Arsenal”)