Artıq ölkəni tərk edə bilərəm-İlqar Məmmədov

Artıq ölkəni tərk edə bilərəm

REAL Partiyasının sədri, keçmiş vicdan məhbusu İlqar Məmmədova  vətəndaşlıq pasportu verilib.

Gununsesi.org bildirir ki, bu barədə onun özü məlumat yayıb. İlqar Məmmədov bildirib ki, artıq ölkəni tərk edə bilər:

“Bu gün nəhayət ki, pasportumu aldım. Avropa Məhkəməsinə və Avropa Şurasına təşəkkürlər! İndi beynəlxalq səfərə çıxa bilərəm. Düzdür, sərhədi ora-bura keçməyincə azadlığıma çox da inanmıram, amma, yenə də, kiçik qələbələrdən daha birini qeyd edə bilərik”.

Gununsesi.org

COMMENTS