Artur Rasizadənin daha bir idarəsi əlindən alındı - QƏRARDA DƏYİŞİKLİK EDİLİB

  • By admin
  • 09 Dekabr 2017 09:55

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə, bununla bağı “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarda dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

Bununla yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb. Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək.

Gununsesi.info