Arvadını baltaladı - BƏRDƏDƏ QANLI CİNAYƏT

  • By admin
  • 24 Mart 2019 10:49

Bərdə rayonunda ər arvadını baltalayıb. 

Gununsesi.org unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, Kəlbəcərdən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu öz həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızını balta ilə ağır xəsarət yetirib. Yaralı Pərvanə Yəhyayeva yaxınları tərəfində Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 Faktla bağlı araşdırma aparılır.