Arvadını dəmir parçası ilə döyərək öldürdü - VƏHŞİLİK

  • By admin
  • 11 Oktyabr 2016 10:33

399a833d981dab971ee59ecf3a94321e

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, qanlı hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb.

Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova ikinci dəfə ailə qurub. Birinci ailəsi dağılan qadın əmisi oğluna ərə gedib. Bu nikahdan iki aylıq körpələri var.

Sadiq Muxtarov arvadını öldürdükdən sonra bıçaqla özünə də xəsarət yetirib. Yaralı Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, 26 yaşlı kişiyə tibbi yardım göstərilib, daha sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info