Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov həbs olunub.
Gununsesi.org-un verdiyi xəbərə görə, A.Süleymanov arvadı Ş-nı döyməkdə ittiham olunur. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.
Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi 2 ay evli olub: “Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.
A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.