Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü

  • By admin
  • 13 Noyabr 2019 22:37

Türkiyədə bir ailənin dörd üzvü evlərinin qarşısında öldürülüb.

Gununsesi.org xəbər verir ki, hadisə İzmirin Kiraz rayonunda baş verib.

M.A. adlı 35 yaşlı bir kişi Çayağzı məhəlləsində 40 yaşlı İbrahim A., arvadı, 38 yaşlı Döndü A., oğlu, 17 yaşlı Kamal A. və qohumu, 35 yaşlı Erol A.-nı odlu silahla vurub.

Cinayətkar arvadını narahat etdikləri üçün onları öldürdüyünü deyib.

 

Gununsesi.org