AŞ PA həmməruzəçisi Azərbaycana gəlir - STEFAN ŞENAX SİYASİ PARTİYA LİDERLƏRİ VƏ İCTİMAİ FƏALLARLA GÖRÜŞƏCƏK

  • By admin
  • 22 İyun 2019 12:17

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax iyulun 3-dən 7-dək Bakıda səfərdə olacaq.

Gununsesi.org-un xəbərinə görə, bu barədə o, özü bildirib.

Deputatr bildirib ki, o, Azərbaycandan Gürcüstana gedəcək, orada yerli seçki administrasiyalarının fəaliyyətinə həsr olunmuş seminarda iştirak edəcək.

Stefan Şennax Bakıda Azərbaycanın rəsmi şəxsləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri ilə görüşəcək.

Həmməruzəçi həbsdə olan jurnalist Əfqan Muxtarlının işi ilə xüsusi maraqlanmaq niyyətindədir.

Digər həmməruzəçi, britaniyalı deputat Rocer Qeyl məşğul olduğu üçün gələ bilməyəcək, Şennax bildirib.

Həmməruzəçilərin missiyası Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin icrasının, həmçinin demokratik institutların fəaliyyətinin monitorinqindən ibarətdir.

Onlar mövcud problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələrə və nəticələrə dair hesabatları vaxtaşırı assambleyaya təqdim edirlər.

Gununsesi.org